14 C
Bakı
27 Sentyabr 2025 10:54
Cəmiyyət

Bu hərbçilərin maaşları artırıldı

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda bağçalarda 4 günə yer dolub – Nazirlik uşaqları təhsildən məhrum edir?

admin

Ən bahalı mobil internet və mobil danışıqlar isə bizdədir – Osman Gündüz

admin

“Bəsit, bayağı, şit aparıcılar…” – Qulu Məhərrəmli

admin