Dünya

ABŞ-nin dövlət borcu qorxulu həddə çatdı – 34 trilyon dollar

ABŞ-nin maliyyə naziri Janet Yellen ABŞ-nin dövlət borcunun 34 trilyon dolları keçdiyini və bunun qorxulu bir rəqəm olduğunu bildirib.
Tacxeber.com
 xəbər verir ki, o, bu barədə Çikaqo İqtisadi Klubunun təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.
“Mütləq ifadə ilə 34 trilyon dollarlıq dövlət borcu. Bu çox qorxulu bir rəqəmdir”, – amerikalı nazir bildirib.
Bununla belə, Yellen ABŞ-nin dövlət borcunun hazırda nəzarət altında olduğunu da istisna etməyib.
“Hazırda dövlət borcu nəzarət altındadır. Ancaq gələcəkdə defisitin azaldılmasına əmin olmaq üçün addımlar atmalıyıq”, -Yellen bildirib.
“Konqresin və ABŞ Prezident Administrasiyasının bunun üzərində işləməsi zəruridir. Bundan əlavə, iqtisadiyyatımıza sərmayə qoymağın vacibliyinə də inanıram”, – nazir əlavə edib.
Qeyd edək ki, yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların dövlət borcunun 34 trilyon dolları keçdiyini bildirmiş, 2023-cü il ərzində bu borcun 4 trilyon dollardan çox artdığını bəyan etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İranda silahlı terror qruplaşmasının üzvləri həbs edilib

redaktor

Bu xalqlar yer üzündən silinəcək – İlon Mask

redaktor

ABŞ İrana qarşı hərbi əməliyyat üçün son hazırlıqlara başladı

redaktor