28 C
Bakı
11 Avqust 2025 19:28
Dünya

NATO Rusiya ilə münaqişəyə can atmır – Pentaqon

 

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu sübut etməyə çalışır, amma onunla silahlı münaqişəyə can atmır.

Tacxeber.com xəbər verir ki, bu bəyanatla ABŞ-nin müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander çıxış edib.

NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getmədən Qara dənizdə təhlükəsizliyi necə yaxşılaşdırmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran S.Uollander deyib ki, alyans buna Madrid və Vilnüs sammitlərindən sonra liderlərin qərar və göstərişlərinə əməl etməklə nail olmaq niyyətindədir. NATO ölkələri Vilnüsdə alyansın şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.

“Söhbət müdafiə imkanlarından gedir. Onlar NATO-nun özünü müdafiə edə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Məqsəd çəkindirməkdir, Rusiya ilə müharibəyə təhrik etmək deyil”, – deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Timsahların bu hərəkəti hər kəsi ŞOKa saldı – İnsan tələsi…

redaktor

İran İsrailə görə 3 ölkəyə xəbərdarlıq etdi

redaktor

“Peyvəndlər türklərə qarşı bir plan idi” – Karataydan koronavirusla bağlı iddia

admin