25 C
Bakı
23 İyun 2025 14:19
Dünya

“Microsoft”un birja dəyəri rekord qiymətə çatdı

Amerika texnologiya nəhəngi “Microsoft”un birjada dəyəri ilk dəfə olaraq rəqibi “Apple”a çox yaxınlaşaraq 3 trilyon dollara çatıb.
Tacxeber.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Microsoft”un səhmləri hər səhm üçün 405,63 dollar təşkil edib. Bu isə səhmlərin dəyərində 1,7% artım deməkdir ki, şirkətə 3 trilyon dollarlıq bazar kapitallaşma səviyyəsini aşmağa imkan verib.
Eyni zamanda, “Apple”in səhmləri 0,35% ucuzlaşaraq 194,82 dollara satılsa da, şirkətə 3,01 trilyon dollar dəyər qazandırıb.
“ChatGPT”ni yaradan şirkətə sərmayə qoyması isə “Microsoft”un “OpenAI”, “Amazon” və “Google” da daxil olmaqla, digər İT nəhəngləri arasında generativ süni intellekt (AI) sahəsində bazar üstünlüyünü ələ keçirməsinə səbəb olub.
“OpenAI”nin köməyi ilə “Microsoft” “Google”un axtarış sistemi ilə daha yaxşı rəqabət apara biləcəyi gözlənilən “Bing” axtarış sistemi də daxil olmaqla, qabaqcıl proqram məhsullarının yeni versiyalarını buraxıb.
Qeyd edək ki, əvvəllər “Microsoft” müvəqqəti olaraq dünyanın ən dəyərli şirkəti olub.

Tacxeber.com

Oxşar xəbərlər

Moskva müftisindən müsəlmanlara çağırış – “Şaxta babaya inanmayın!”

redaktor

Litva gürcü diplomatlar və rəsmilər üçün vizasız rejimi ləğv etdi

admin

Putin Əsəd və ailəsi ilə bağlı qərar verib – Peskov

redaktor