29 C
Bakı
11 Avqust 2025 14:49
Cəmiyyət

Jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qaldı

Yanvarın 25-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatət təmin edilməyib.
Tacxeber.com
 “Abzas Media”ya istinadla xəbər verir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən prosesdə  jurnalistin həbs olunması ilə bağlı qərar qüvvədə qalıb.
O, bu iş üzrə həbs edilən altıncı jurnalistdir.
Qeyd edək ki, “Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların həbslərini siyasi qərar adlandırıb və jurnalistlərin azad olunmasına çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edildi

redaktor

Öz ətrini neçə tapmalı?

redaktor

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

redaktor