24 C
Bakı
23 İyun 2025 11:24
DünyaSiyasət

Ukrayna Qərbi qınadı: Kim Çen Indan utanın

 

Şimali Koreya Rusiya üçün daha təsirli tərəfdaş oldu, nəinki ABŞ və Avropa Ukrayna üçün.

Tacxeber.comxəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib. O, KXDR- i Qərb ölkələrinə nümunə göstərib .

“Nə qədər çılğın səslənsə də, belə görünür ki, Şimali Koreya Rusiya üçün Ukraynanı artilleriya sursatları ilə təmin edən dostlarımızdan daha effektiv tərəfdaşdır”.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, Qərb bu vəziyyəti dəyişməlidir. O, həmçinin müttəfiqlərini konkret qərarlar qəbul edərkən “bəzən sonsuz müzakirələrdə boğulduqları” üçün qınayıb. Eyni zamanda o qeyd edib ki, Qərbin “batmağa vaxtı yoxdur, biz üzməliyik”.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov müttəfiqləri hərbi yardımın həcmini artırmağa çağırıb. Onun sözlərinə görə, daimi dəstək və hərbi yardım paketlərinin artırılması Kiyev üçün son dərəcə vacibdir.

Tacxeber.com

Oxşar xəbərlər

“Paşinyan Tavuşda müdafiə xəttini öz əli ilə darmadağın edir” – Erməni politoloq

redaktor

“Siyavuş Novruzova eşq olsun!” – “Pensiya və təqaüdləri Sahil Babayev öz cibindən vermir”

redaktor

Prezidentin xüsusi nümayəndəliyindən Sərdar Cəlaloğluna SƏRT CAVAB

redaktor