10 C
Bakı
30 Mart 2026 06:47
Dünya

Ukraynada fransalı generalın oğlu ölüb

 

Rus ordusunun Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə zərbəsi zamanı həlak olanlar arasında fransız briqada generalının oğlu da olub. Onunla fransız hərbi sülaləsindən olan başqa bir nəfər də olub.

Tacxeber.com “lenta.ru”ya istinadən xəbər verir ki, ölən fransızın adı Sabastyen Klod Remi Benarddır. O, dəniz qoşunları bölməsində RICM-də (keçmiş Mərakeş Müstəmləkə Piyada Alayı) xidmət edib.

Benardın ortağı 2001-ci ildə Fransa ordusunda briqada generalı olmuş Frederik Drionun oğlu Aleksis Driondur. Drion 2023-cü ildən Ukrayna Silahlı Qüvvələrinin sıralarında muzdlu kimi xidmətə başlayıb və o beynəlxalq legionun 2-ci batalyonunda xidmət edib.

Yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin Xarkovda fransız muzdlularının olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldonun sevgilisi geyimiylə ərəbləri heyran etdi – FOTOLAR + VİDEO

redaktor

Zelenski Gürcüstana çağırış etdi: Saakaşvilini azad edin

admin

Lakin nə qədər təzadlı görünsə də, ABŞ-ın müharibəyə qoşulması onun 10 illik böhrandan çıxmasına kömək etdi.

admin