12 C
Bakı
28 Mart 2026 08:40
Dünya

ABŞ rusiyalı hakeri “qara siyahı”ya SALDI – SƏBƏB

 

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Avstraliya və Böyük Britaniya ilə koordinasiyalı şəkildə rusiyalı haker Aleksandr Yermakovu kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına daxil edib.

Tacxeber.comxəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Aleksandr Yermakov Avstraliyanın ən böyük tibbi sığorta şirkəti “Medibank”ın məlumat bazasını ələ keçirdiyinə dair iddialar əsasında “qara siyahı”ya salınıb.
9,7 milyon müştərinin məlumatlarını oğurlamaqda şübhəli bilinən A.Yermakova qarşı maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Baydenin Sunaka müraciəti gündəm oldu – VİDEO

redaktor

Feysbuk eks-səfirin “erməni soyqırımı” ilə bağlı paylaşımını sildi

redaktor

İsrail prezidenti Bakıya səfərini ləğv etdi, amma….

admin