10 C
Bakı
27 Mart 2026 16:17
Dünya

ABŞ-də qeyri-adi edam üsulu etiraza səbəb oldu – FOTO

 

ABŞ-nin Alabama ştatında 2022-ci ildə öldürücü inyeksiya ilə edam etmək cəhdindən sağ çıxan məhbus Kenneth Eugene Smit bu dəfə fərqli üsulla edam ediləcək.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, onun cümə axşamı günü azot qazı ilə edam edilməsi planlaşdırılır.

Təklif edilən edam metodu Smitin burnuna və ağzına qaz maskası qoyaraq havadakı oksigeni azotla əvəzləyəcək və məhbusun oksigen çatışmazlığından ölməsinə səbəb olacaq.

Azot hipoksiyası Alabama, Missisipi və Oklahoma ştatlarında ölüm cəzası üsulu kimi təsdiqlənib. Buna baxmayaraq, heç vaxt məhbusu öldürmək üçün istifadə edilməmişdi.

Bu üsul insan haqları təşkilatlarını ayağa qaldırıb.

Oxşar xəbərlər

Çaqayevlə bağlı ŞOK: videoya görə Azərbaycanı tərk edir? – FOTO

redaktor

Şimali Koreya liderindən müharibə ANONSU

redaktor

İsrailli fələstinliləri belə ələ saldı – Video

redaktor