21 C
Bakı
23 İyun 2025 05:22
Dünya

Xəstənin bədənindən 32 kiloqramlıq şiş çıxarıldı – FOTO

 

Almaniyanın Maqdeburq şəhərində həkimlər 24 yaşlı xəstədə nəhəng yumurtalıq şişi aşkar ediblər. 32 kiloqramlıq törəmə uğurla çıxarılıb.

Məlumata görə, gənc xanım təngnəfəslik və ümumi halsızlıq şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı həkimlər onun yumurtalığında nəhəng xoşxassəli şiş – kistadenoma aşkar ediblər.

Törəmə uzun müddət bağırsaqları və mədəni sıxıb, bu səbəbdən xəstə normal qidalana bilməyib və xeyli çəki itirib.

Bir neçə saat ərzində şiş çıxarılıb. Qadın əməliyyatdan sonra bir həftə həkim nəzarətində olub və qənaətbəxş vəziyyətdə ambulator müalicəyə buraxılıb.

 

 

Oxşar xəbərlər

Kremldən Putinin yalniz iki lideri təbrik etməsinə reaksiya

admin

Donald Tramp Vlladimir Putinin nazı ilə oynayır, Keir Starmer isə Rusiyanı dizə gətirməkdə qərarlıdır

redaktor

SEPAH rəsmisinin oğlu öldürüldü, din xadimləri ilə qadınlar arasında qarşıdırma

admin