30 C
Bakı
10 Avqust 2025 13:07
CəmiyyətSağlamlıq

Rüfət Hacıyev həbs olundu.

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Malik oğlu Hacıyev həbs edilib.

 

Sabiq idarə rəisi barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

 

Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməklə gündəmi zəbt etmişdi.

 

Bir müddət əvvəl isə Xaçmazda icra başçısı Elnur Rzayev iclasda iştirak edən Rüfət Hacıyevə irad bildirərək, stolun üzərinə qoyduğu mobil telefonunu götürməyi istəsə də, tələbə əməl etməyən sabiq rəis iclasdan qovulmuş və bununla da daha bir qalmaqal yaşamışdı. (Bizim.Media)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yunanıstan məhkəməsi 11 il sonra Eldar Mansurovun xeyrinə qərar verdi

redaktor

Bütün ürək xəstəliklərinin və infarktın qarşısını alan MÖCÜZƏVİ RESEPT

redaktor

“Rəşid doktor” görün nəyi reklam etdi – “ Bu arağı için…”

redaktor