11 C
Bakı
27 Mart 2026 17:14
Dünya

Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatıb

Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatıb

“SpaceX”in “Crew Dragon” kosmik gəmisi “Axiom” kommersiya proqramının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yanaşıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“Crew Dragon”un heyətində Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı da var. Heyətə türkiyəli astronavtla yanaşı, ispaniyalı astronavt Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyinin isveçli astronavtı Markus Vandt daxildir.

Onlar təxminən iki həftə ərzində stansiyanın hazırkı heyəti ilə birlikdə 30 elmi təcrübə keçirəcəklər.

Xatırladaq ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Departamenti: “ABŞ-ın Ukrayna üçün ayırdığı yardımın 97 faizi tükənib”

admin

İran-İsrail müharibəsinin Azərbaycana təsiri: Zərbə təhlükəsi var

admin

Rusiya: İran lideri Xameneinin aradan götürülməsi “Pandora qutusunu açacaq”

redaktor