26 C
Bakı
21 İyun 2025 18:59
GündəmMuharibə

Ukrayna vurdu, Bryanskda neft anbarı yanır: Rusiya 120 tonluq qatar göndərdi

Bryansk vilayətinin Klintsı şəhərindəki neft anbarında baş vermiş yanğını söndürmək üçün 120 ton su və beş ton köpükləndirici maddə olan yanğınsöndürən qatar göndərilib.

 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

 

“Yanğınla bağlı vəziyyət Klintsı stansiyasında qatarların hərəkətinə təsir göstərmir”, – yerli dəmiryolçular bildirib. Yanğının söndürülməsi üçün qatara neçə nəfərin ayrıldığı açıqlanmır.

 

Bryansk vilayətinin rəhbəri Aleksandr Boqomazın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin 13 texnikası da neft bazasını söndürür.

 

Yanğın yanvarın 19-da səhər saatlarında baş verib. Boqomazın mesajından məlum olur ki, yanğın eniş zamanı döyüş sursatı atan Ukrayna pilotsuz təyyarəsinin elektron döyüş sistemi tərəfindən zərərsizləşdirilməsindən sonra baş verib. (Publika)

 

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada gərginlik pik həddə.

admin

Rusiya Paşinyanı ifşa etdi: “Xəyanət yolunu tutub”

redaktor

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

redaktor