29 C
Bakı
11 Avqust 2025 15:44
Dünya

Zelenski Rusiyanın xarici banklarda dondurulan milyardlarla dollarını Ukrayna üçün istədi

 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dünya banklarında dondurulan pullarının öz ölkəsinin yenidən bərpası üçün Kiyevə göndərilməsini istəyib.

Tacxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində xarici mətbuat nümayəndələri ilə görüşü zamanı bildirib.

G7 ölkələri, aktivlərin 2020-ci ildə dondurulmasından sonra əldə edilən dəyər artımını və faizini Ukraynanın yenidən qurulması üçün istifadə etməyi planlaşdırırlar.

 Zelenski isə son açıqlamasında Rusiyanın bütün dondurulmuş aktivlərinin Ukraynanın yenidən bərpası üçün istifadə edilməsini tələb edib.

“Dünya banklarında 300 milyard dollar varsa, biz niyə istifadə etməyək?” – deyə, Ukrayna dövlət başçısı qeyd edib.

Dünya İqtisadi Forumu zamanı Zelenski “BBC”yə verdiyi açıqlamasında Ukraynadakı müharibənin bədəlini qərbli vergi mükəlləfiyyətçilərinin ödəməli olduğunu vurğulayıb:

“Rusiyanın 300 milyard dollarlıq aktivləri banklarda saxlanılır. Ukraynanı məhv etdilər. Əgər Rusiyaya aid 300 milyard dollar varsa, biz bunları  Rusiya raketləri tərəfindən məhv edilmiş yerləri yenidən qurmaq üçün istifadə etməliyik. Axı niyə sizin cəmiyyətiniz düşünməlidir ki, bizə necə kömək edə bilər. Əgər dünyanın 300 milyard dolları varsa, niyə bundan istifadə edilməməlidir?”.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın ev şəraitində körpə dünyaya gətirməsi ilə bağlı araşdırmalara başlayıb

redaktor

Bayden Trampın imza papağını taxdı – FOTO/VİDEO

redaktor

Şaxta baba ona dil çıxaran 4 yaşlı uşağa ZƏRBƏ ENDİRDİ

redaktor