25.3 C
Bakı
13 İyun 2026 11:40
Dünya

Ukraynanın qadın rotası bu bölgəyə daxil oldu: “Cəhənnəm” çağırışı ilə

 

Ukraynanın qadınlardan ibarət rotası “Cəhənnəm” çağırış nişanı ilə cəbhənin Kremenski sektorunda mövqelərə daxil olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı batalyonun zabiti məlumat verib.

Hərbçinin sözlərinə görə, indi ora çoxlu müxtəlif bölmələr daxil olur, lakin ən təəccüblü odur ki, yalnız qadınlardan ibarət rota isə “bataqlığa” (Serebryanski meşə təsərrüfatının ərazisi – red.) daxil olub.

Ehtimallara görə, qadın dəstəsi könüllülərdən ibarətdir və Ukrayna Silahlı Qüvvələrinin 54-cü briqadasının tərkibində K-2 adlanır.

Xüsusi təyinatlıların zabiti qeyd edib ki, onlar əvvəllər belə bir şeylə qarşılaşmayıblar, lakin radio dinləmələri qadınların həqiqətən orada yerləşən bölmədə xidmət etdiyini təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

“İsrail İranda baş verən partlayışlarda iştirakının olmadığını bildirib” – WSJ

admin

Türkiyədə zəlzələ qurbanı olan uşağın fəlakət barədə iki il əvvəl yazdığı qeyd tapıldı – VİDEO

redaktor

Parisdəki Azərbaycan Evi Fransanın Evian-lö Bən şəhər meriyasına müraciət edib – FOTO

redaktor