26 C
Bakı
10 Avqust 2025 09:22
DünyaMuharibə

KİV: Pakistanın zərbələri nəticəsində İranda ölənlərin sayı artdı – Yenilənib

İranın Sistan və Bəlucistan əyalətinin iki ölkə sərhədində yerləşən Seravan rayonu yaxınlığında Pakistanın hava hücumları nəticəsində ölənlərin sayı 10-a çatıb.

 

 “Tasnim” agentliyi xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bildirib.

 

O, ölənlərin hamısının pakistanlı olduğunu deyib.

 

“Bu hücum nəticəsində dörd ev dağıdılıb və hamısı pakistanlı olan 10 nəfər həlak olub”, – əyalət rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, yerli vaxtla saat 04:00-da üç pilotsuz təyyarə vurulub. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər

Vatsap 5,5 milyon avro cərimələndi

redaktor

İrəvanda rusiyalı blogerin saçını qırxıb işgəncə verdilər – VİDEO

redaktor

Gürcüstan prezidenti prokurorluğa getməkdən imtina edib

admin