DünyaMuharibə

KİV: Pakistanın zərbələri nəticəsində İranda ölənlərin sayı artdı – Yenilənib

İranın Sistan və Bəlucistan əyalətinin iki ölkə sərhədində yerləşən Seravan rayonu yaxınlığında Pakistanın hava hücumları nəticəsində ölənlərin sayı 10-a çatıb.

 

 “Tasnim” agentliyi xəbər verir ki, bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bildirib.

 

O, ölənlərin hamısının pakistanlı olduğunu deyib.

 

“Bu hücum nəticəsində dörd ev dağıdılıb və hamısı pakistanlı olan 10 nəfər həlak olub”, – əyalət rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, yerli vaxtla saat 04:00-da üç pilotsuz təyyarə vurulub. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda gizli diplomatiya: Almaniya-Rusiya görüşünün cavabsız sualları

redaktor

Ukrayna dronları Rusiyanın neft emalı zavodlarını və Wildberries anbarlarını yandırmağa davam edir

redaktor

Böyük güclərin Ukrayna oyunu

redaktor