Cəmiyyət

Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: “Qardaşım yalan deyir…”

 

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov açıqlama verib. Tağı İbrahimov Demokrat.az-a açıqlamasında sözügedən mebel sexinin sahibi olduğunu inkar edib.

“Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur”.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb:

“Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Qeyd edək ki, bundan əvvəl “Qaynarinfo” saytı sözügedən mebel sexinin Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olması barədə məlumat yayıb. Belə ki, Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodu “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlidir. Daha sonra Hacı İbrahim Nehrəmli də sözügedən sexin sahibinin qardaşı Tağı İbrahimov olduğunu sayta təsdiqləyib.

Onu da qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

redaktor

Əsas məqsəd — ölkə rəhbərliyini çaşdırıb pul ayrılmasına nail olmaq idi.

admin

“Mir Mövsüm ağaya inananlardan soruşmaq istərdim ki, heç bilirsinizmi o…” – Elşad Miri

redaktor