DünyaİdmanŞou

“Qalatasaray”ın ulduzu xanımına XƏYANƏT EDİR: “4 telefonu var, qadınları qitələrə görə…”

Mauro İkardinin həyat yoldaşı Vanda Nara argentinalı futbolçunun xəyanətindən danışıb.

 

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

 

Naranın sözlərinə görə, İkardi qadınları qitələrə görə qruplaşdırıb:

 

“Onun dörd telefonu var idi. Qadınları qitələrə görə ayırmışdı. Bu, çılğınlıq idi. Telefonlardan yalnız birini işgüzar məqsədlə istifadə edirdi. Bunu klubdan gələn zəngə cavab verdikdən sonra anladım. Digər üçün isə qadınlarla ünsiyyət üçün nəzərdə tutulmuşdu”.

 

Qeyd edək ki, İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir. Argentinalı hücumçu karyerasının əvvəlində “İnter”, “PSJ” və “Sampdoriya” kimi komandalarda top qovub.

 

Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 20 milyon avro kimi qiymətləndirir. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Konfrans Liqasında final oyunu oynanılacaq.

admin

Prezident bu hərbi qulluqçuları təltif etdi – Siyahı

redaktor

Ukraynada hərbi çevriliş an məsələsidir – İDDİA

redaktor