11 C
Bakı
23 Mart 2026 20:29
Dünya

Alimlərdən dəhşətli proqnoz: ABŞ-ın minlərlə şəhəri bu tarixə qədər yox olacaq

 

ABŞ-ın bir çox şəhərləri 2100-cü ilə qədər xəyal şəhərinə çevrilə bilər.

Tacxeber.com xəbər verir ki, “Nature Cities” jurnalında dərc edilən yeni araşdırmaya görə, İllinoys ştatındakı Çikaqo Universitetinin tədqiqatçıları bu fikirdədir.

Alimlərin sözlərinə görə ABŞ-ın 30 000-ə yaxın şəhərinin demək olar ki, yarısı əhalinin azalması ilə üzləşəcək.

Şimal-şərq və Orta Qərbdəki böyük şəhərlər artıq yavaş-yavaş əhalisini itirir. Cənub və qərb bölgələrindəki şəhərlərdə əhalinin artımı müşahidə olunsa da, Alabama, Corciya və Tennessi ştatlarının bəzi böyük şəhərləri tədricən boşalır.

Məsələn, Klivlend, Buffalo və Pitsburqda 2100-cü ilə qədər 12-23 faiz əhalinin azalması müşahidə olunacaq. Hal-hazırda əhalisi azalmayan Louisville, New Haven və Syracuse kimi şəhərləri də eyni mənzərə gözləyir, özü də daha tez.

Tədqiqat zamanı əhalinin qocalmasının təsirindən tutmuş iqtisadiyyatdakı dəyişikliklərə, əmək haqqına və nəqliyyat imkanlarına, eləcə də iqlim dəyişikliyi və digər amillərə qədər əhali dəyişikliklərinin mümkün səbəbləri araşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Husilər İsrail Müdafiə Nazirliyini ballistik raketlə vurub – Yəhya Seri

redaktor

Bugünkü uşaqlar kimi böyüsəydi milyarder olmazdı – Bill Qeyts

redaktor

Bakının havasında dəm qazı normadan çoxdur

redaktor