İdman

Messi ilin ən yaxşı futbolçusu seçildi

 

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Tacxeber.comxəbər verir ki, mükafatlandırma mərasimi Londonda keçirilir.

Mükafata İngiltərənin “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haaland və fransalı PSJ-nin hücumçusu Kilian Mbappe də namizəd olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində Qətərdə dünya çempionu oldu. Hücumçu yeddi matçda yeddi qol vuraraq turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Forvard ötən mövsümü “Paris Saint-Germain”də keçirib. Burada Fransa çempionu və turnirin ən yaxşı assistenti (16 məhsuldar ötürmə) olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Beşiktaş” Qurban Qurbanovla maraqlanır – KİV

admin

Nurməhəmmədovun adaşı onu BOĞARAQ MƏĞLUB ETDİ

redaktor

Dani Alveş intihar etdi

admin