28 C
Bakı
11 Avqust 2025 20:46
Siyasət

“Gəlin, Bakını sevən bir adam tapaq, onu mer təyin etsinlər”

 

“Gəlin, Bakını sevən bir adam tapaq, onu mer təyin etsinlər” 

“Qar çox gözəl şeydir, havanı dəyişir, mikrobları öldürür. Amma Bakı üçün bu qar fəlakətdir. Dünən qohumlarımdan biri yıxılıb, əzilib. Vəzifəyə gələn merlərin hamısı bilmədirlər ki, Bakını qışa hazırlamaq lazımdır. Qar yağacaq, ya yağmayacaq, bunun fərqi yoxdur. Sən hazır olmalısan.

Başqa bir qohumum da deyir ki, qaz azalıb, soyuqdur. Hamısından şəhərin meri xəbərdar olmalıdır, əvvəlcədən düşünməlidirlər. Hətta sosial şəbəkədə yazdım ki, gəlin Bakını sevən, onu yaxşı tanıyan istedadlı bir adam tapaq, hamımız yığışaq, Prezident Administrasiyasına təklif verək ki, onu mer təyin etsinlər. Doğrudan da, Bakı meri elə insan olmalıdır ki, kanalizasiyasından tutmuş şəhərin hər şeyini bilsin”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

“Meri özümüz axtaraq, Bakı sakinləri axtarsınlar. Hər dəfə elə insanı mer vəzifəsinə gətirirlər ki…

Düzdür, Bakı təmizdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təmizliyi çox gözəl qoruyub-saxladı. İllərdir, Bakıya gələnlər həsəd aparırlar ki, belə təmiz şəhər görməmişik. Amma digər işləri də görmək lazımdır axı.

Baxın, şəhərdə ev evin üstündə tikilib. Şəhərin planı elə idi ki, əvvəllər külək çox olurdu. Heç vaxt Bakıda isti hava olmayıb. İndi isə yayda istidən şəhərə çıxa bilmirsən. Elə insan tapmalıyıq ki, hər işdən başı çıxsın, işləsin. 10 nəfərin içindən birini seçsinlər. Eldar müəllimə də BŞİH-də iş versinlər, onun da yaxşı işləri var. Amma şəhəri qoruyan insanı tapmaq lazımdır”, – N.Cəfəroğlu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Məsud Pezeşkianın Bakı səfəri Rusiya ilə İran arasında imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq sazişinin” tərkib hissəsidir.

admin

İrəvandan şok qərar – “Bunun “ləzzət”ini hiss edəcək”

admin

Özbəkistan vətəndaşı Rusiya uğrunda döyüşüb və buna görə öz ölkəsində həbs cəzası alıb

redaktor