29 C
Bakı
11 Avqust 2025 17:46
Hadisə

İsrailin Raanana şəhərində silahlı hücum: 19 nəfər yaralanıb – FOTO

 

İsrailin Raanana şəhərində insanlara avtomobil və soyuq silahla hücum ediblər.

Məlumata görə, şəhərin Ahuza və Derex Yeruşalaim küçələrinin kəsişməsində avtomobil insanları vurub. Soyuq silahın da tətbiqi ilə baş verən hadisə nəticəsində 14 nəfər yaralanıb. Onlardan 70 yaşlı qadının vəziyyəti kritik, 34 yaşlı kişi və 16 yaşlı oğlanın vəziyyəti ağır, səkkiz nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngüldür. Yaralılar Kfar Sabadakı Meir xəstəxanasına aparılıblar.

Hücum edənlərdən birinin məhv edildiyi barədə məlumat daxil olub. Ancaq hələ rəsmən təsdiqlənməyib.
Raanana və Kfar-Sabada təhlükəsizlik tədbirləri gücləndirilib.

 

 

Oxşar xəbərlər

Hüseyn Abdullayev zəhərləndiyini iddia edir – məhkəməsi onlayn keçiriləcək

admin

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

admin

Dünən Yevlaxda da qatar kişini vurdu

admin