24.5 C
Bakı
22 İyun 2026 12:50
DünyaMuharibə

ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-ın “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib.

 

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

 

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 

Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru raketin buraxılması faktını qeydə alıb.

 

Raketin Yəmən ərazisinə düşdüyü, itki olmadığı bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gecikmiş qisas, və ya klanların “taxt oyunları”.

redaktor

ABŞ-da qiyamət günü hazırlığı – Xüsusi təyyarələrlə qaçacaqlar

admin

Antarktida tarixində ilk dəfə ən böyük təyyarə eniş edə bildi.

admin