10 C
Bakı
27 Mart 2026 16:01
Sağlamlıq

Bundan hər gün bir ovuc yeyin

 

Maqnezium enerjini artırmaq və əzələ funksiyalarını dəstəkləmək üçün vacib bir mineraldır. Lakin maqnezium çatışmazlığı nəticəsində kramp və yorğunluq kimi əlamətlər yarana bilər. İstehlak edilən qidalar vasitəsilə maqnezium çatışmazlığının qarşısını almaq mümkündür.

Qida sayəsində maqnezium əksikliyinizi doldura bilərsiniz. Maqnezium qlükozanın əzələlərə daşınmasında rol oynayan bir mineraldır. Enerji artırır və əzələ funksiyalarını dəstəkləyir.

Maqnezium çatışmazlığı nəticəsində əllərdə və ayaqlarda uyuşma, zəiflik, iştahsızlıq, ürəkbulanma və saç tökülməsi baş verə bilər.

28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.

Balqabaq toxumlarında olan maqnezium, sink və selenium; infeksiyanın yaranmasının qarşısını alır. Oynaq xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Lavanda yağının faydaları

redaktor

Psixi sağlamlığınızı qorumaq üçün bu saatda yatın – Professor

redaktor

Qarabaşaq yeməyin min bir xeyri – Sağlamlıq üçün tövsiyə

redaktor