24.5 C
Bakı
09 İyun 2026 18:02
Dünya

ABŞ İrana MESAJ GÖNDƏRDİ: “Hərtərəfli hazırlaşmışıq”

 

 

ABŞ Prezidenti Co Baydenin administrasiyası Yəməndə hakim “Ənsar Allah” hərəkatının “husiləri”nin hücumları ilə bağlı Tehrana mesaj göndərib.

Tacxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə Amerika liderinin özü məlumat verib.

“Mesajı onlara özəl olaraq çatdırdıq və əminik ki, hərtərəfli hazırlaşmışıq”, – Bayden deyib.

Lakin ABŞ prezidenti bu mesajın təfərrüatlarını açıqlamayıb. İranın özünün Vaşinqtonla əlaqə saxlayıb-yaxmaması və onun nümayəndələrinin məsələnin müzakirəsində iştirak edib-etməməsi də məlum deyil.

Bu arada Yəmən “husilər”i ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər . Hərəkatın nümayəndəsi ölkəyə raket hücumunda iştirak etmiş Birləşmiş Ştatlar və Böyük Britaniyanı “tez cavab”la hədələyib.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevdə partlayış – Ölən və xəsarət alan var

redaktor

Zelenskinin tərcüməçisi Rusiya casusu çıxdı

redaktor

Hindistan-Pakistan gərginliyi pik həddə: Bütün su bəndləri bağlandı

redaktor