DünyaHadisə

Şakiranın həyat yoldaşı olduğunu iddia edən şəxs həbs olundu – FOTO

Məşhur müğənni Şakiranın həyat yoldaşı olduğunu iddia edən Daniel Con Valtye adlı şəxs Mayamidə həbs edilib.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, həmin şəxs Şakiraya hədiyyələr – şərab, şokolad və oyuncaqlar göndərirmiş.

Bildirilib ki, o, həbs olunmazdan əvvəl taksi ilə ifaçının evinə gəlib. Həbs edilən və məhkəmə qarşısına çıxarılan Daniyel Şakiradan uzaq durmaq əmrlərinə tabe olmayacağını deyib:

“O, mənim həyat yoldaşımdır. Hər zaman onunla danışıram”.

Hakim onun barəsində girov pulunu ikiqat artıraraq 100 min dollara çatdırıb.

Qeyd edək ki, Daniyel 1988-ci ildə də həbs edilib. O, sonuncu dəfə 2019-cu ildə El Pasoda cinayətə görə həbsdə olunub.

Şakira eks-sevgilisi, “Barselona”nın keçmiş müdafiəçisi Jerar Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var – 9 yaşlı Milan və 7 yaşlı Saşa

Oxşar xəbərlər

İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO

admin

Paris görüşü: Fransa–ABŞ–Ukrayna

admin

Kanada Ukraynaya 450 milyon ayırdı

redaktor