24 C
Bakı
22 İyun 2025 16:02
DünyaSiyasət

Respublikaçıların 49 faizi Trampı dəstəkləyir

Amerikanın keçmiş lideri Donald Trampın ABŞ-nin ən yüksək hökumət postuna Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsini onun ölkədəki tərəfdarlarının 49%-i dəstəkləyir.

 

Bu göstərici çərşənbə günü “Reuters” agentliyi və “Ipsos” xidmətinin birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən ortaya çıxıb.

 

Bu məlumatlara görə, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heylini respondentlərin 12 faizi, Florida qubernatoru Ron DeSantisi 11 faizi, iş adamı Vivek Ramasvamini 4 faizi, Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristini isə 4 faizi dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya sorğuya cavab verməyib.

 

Sorğu yanvarın 3-dən yanvarın 9-dək Respublikaçılar Partiyasının tərəfdarı olduqlarını bildirən bütün ölkə üzrə 1900-dən çox amerikalı arasında aparılıb. Sorğunun sualları onlara onlayn şəkildə ünvanlanıb.

 

Qeyd edək ki, Kris Kristi artıq seçki yarışını dayandırdığını elan edib.

 

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrda keçiriləcək. Demokrat Partiyasını təmsil edən hazırkı Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istədiyini 2023-cü ilin aprelində açıqlayıb. Keçmiş Amerika Prezidenti Donald Tramp isə seçki yarışında iştirak edəcəyini 2022-ci ilin noyabrında elan edib. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya və Çin “yeni dünya nizamını” belə başa düşürlər.

admin

İsrailin informasiya naziri Qalit Distel vəzifəsindən istefa verib.

admin

Makron qohumuna edilən hücumdan danışdı: Bir dayı kimi..

redaktor