30 C
Bakı
10 Avqust 2025 21:01
Şou

Ölümündən sonra dueti trendə düşdü

Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 4 il sonra trendə düşüb.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, 2019-cu ildə təqdim olunan ekran işi xanəndənin vəfatından sonra yenidən gündəmə gəlib. Buna səbəb isə A.Bəylər dünyasını dəyişəndən sonra N.Camalın “Xəzər TV”nin efirində mahnını tək ifa edərkən ağladığı anların videosunun yayılması olub.

Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda TikTok-da da trendə düşüb.

Qeyd edək ki, mahnının sözləri İkram Əliyev, musiqisi isə Nigar Camala məxsusdur. Aygün və Nigar “Şəhidlər” adlı mahnını da duet şəklində oxuyub.

Tacxeber.com

Oxşar xəbərlər

Messinin “The Best”də iştirak etməməsinin səbəbi bilindi

admin

Nura Surinin oğlu dünya çempionu oldu

redaktor

Dilarə Əliyeva görünüşünü dəyişdi – FOTOLAR

redaktor