24 C
Bakı
22 İyun 2025 17:11
Dünya

Pentaqon rəhbərində xərçəng aşkar edildi

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular. O, əməliyyat olunub, yanvarın əvvəlində isə ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib. Bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında bildirilir.

Sənədə əsasən, 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat keçirib.

Sənəddə deyilir ki, 2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də prosedurdan irəli gələn fəsadlar səbəbindən Uolter Rid Tibb Mərkəzinə yerləşdirilib.

Mütəxəssislər Ostində “tam sağalma” gözlədiklərini, lakin bunun “uzun proses ola biləcəyini” qeyd ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı Xankəndidə evini satan şəxsə zəng etdi, bu sözləri eşitdi – VİDEO

redaktor

DƏHŞƏTLİ PROQNOZ – 2050-ci ilə qədər…

redaktor

Türkiyədə tikintisi yarımçıq qalan Bürc əl-Babas kompleksi – Yadigar Sadıqlı

admin