

Yoqa, meditasiya, ya da dərin nəfəs almaq üçün xərclənən zaman heç vaxt boşa getmir. Əksinə, insanları qoruyur, insanın enerjisini yenidən canlandırır və stressdən uzaq qalmağa kömək edir. Nizamlı yatınGündə 7-8 saatlıq nizamlı yuxu ürək sağlamlığı üçün olduqca faydalıdır. Unutmaq olmaz ki, normaldan az yuxu ürəkdə narahatlığı artırır.
Tünd şokolad (ən azı 70% kakao olmalıdır) qan damarlarını qoruyan və sağlam ürək üçün təzyiqə yardımçı ola biləcək faydalı antioksidantlarla zəngindir. Tünd şokoladla örtülü badam və qoz olsa daha yaxşıdır. Həddindən artıq çox istifadə etməyin. Gündə bir neçə dilim şokolad yeməklə şirni yemək istəyinizi ötüşdürə bilərsiz.