28 C
Bakı
11 Avqust 2025 21:29
Kriminal

Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında atışma – VİDEO

 

Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında atışma - VİDEO 

Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib.

Hadisə Tümen şəhərində qeydə alınıb.

Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb.

Yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində “Cavid Astaralı” bir neçə güllə yarası alıb.

Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır.

Hər iki tərəfdə konflikt uzun müddətdir davam edir.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

admin

Rusiyada evə basqın edib, azərbaycanlının həyatına son qoydular

redaktor

Rəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış

admin