Dünya

Bu dərman 17 min COVID-19 xəstəsinin ölümünə səbəb olub

 

Fransız alimləri altı ölkədə – Fransa, Belçika, İtaliya, İspaniya, Türkiyə və ABŞ-də 17 minə yaxın COVID-19 xəstəsinin ölümünü malyariya əleyhinə olan hidroksiklorokin dərmanının qəbulu ilə əlaqələndiriblər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Biomedicine & Pharmacotherapy” jurnalında dərc olunan məqalədə qeyd edilib.

Bildirilir ki, dərman pereparatı koronavirus xəstələrinə onun faydasını təsdiq edən sübutlar olmadığı üçün təyin edilib.

Yazıda həmçinin 2021-ci ildə “Nature” jurnalının hesablamaları da yer alıb.

Bildirilir ki, hidroksiklorokinin istifadəsi ürək ritminin pozulması və digər əks təsirlər səbəbindən ölüm hallarını 11 faiz artırıb.

2020-ci ilin aprel ayında isə Rusiyada malyariya əleyhinə dərman olan hidroksiklorokin COVID-19 xəstəliyinin müalicəsi üçün təyin oluna bilən dərmanlar siyahısına daxil edilib. 2020-ci ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əks təsirlərinə görə koronavirusa yoluxmuş insanlar üçün reseptlərdən biri kimi dərmanın sınaqdan keçirilməsini dayandırıb.

Rusiya Səhiyyə Nazirliyi  isə 2021-ci ilin mayında hidroksiklorokini COVID-19-un qarşısının alınması və müalicəsi üçün tövsiyələr siyahısından çıxarıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

redaktor

“Liverpul” “Real”a qalib gələ bildi.

admin

Baydenin onu öpməsi müzakirə edildi – Video

redaktor