Cəmiyyət

Bakıda “Prius”u pilləkənlərlə sürən şəxs həbs edildi

Bakıda “Prius”u pilləkənlərlə sürən şəxs həbs edildi 

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota Prius” markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI

admin

Aliment borcu hansı hallarda silinə bilər?

redaktor

Azərbaycanda bank kredit götürmək istəyən deputata imtina cavabı verib.

admin