29 C
Bakı
11 Avqust 2025 17:26
DünyaMüsahibəSiyasət

Şimali Koreya Rusiyaya ballistik raketlər tədarük edir – İDDİA

ABŞ Administrasiyası Şimali Koreyanı Rusiyaya ballistik raketlər verməkdə ittiham edib.

 

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

 

Kirbi bildirib ki, Rusiya bölgədəki tərəfdaşları ilə hərbi əməkdaşlığa can atır. “Bizdə olan məlumatlar göstərir ki, Koreya Demokratik Respublikası bu yaxınlarda Rusiyaya ballistik raketlər və raket buraxılış qurğuları tədarük edib. Rusiya sözügedən raketlərdən istifadə edərək Ukrayna hərbi qüvvələrinə ziyan vurub”. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

“Atatürk” filmi 14 günə 114 milyon gəlir gətirdi.

admin

Rusiya ciddi itkilər verir, 640 minlik ordu… – Sırski

admin

Hizbullahın yeni lideri o oldu – Dosye

redaktor