30 C
Bakı
12 Avqust 2025 13:41
İdmanQalmaqal

AFFA Andrey Şevçenkoya təklif göndərdi

 

Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.

 

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.

 

Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.

 

Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev “Dinamo”su və “Milan”dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.

 

O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Bizim üçün çox vacib oyundur – Qurban Qurbanov

admin

“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi

admin

Qurbanov “Beşiktaş”ın siyahısında – Rəsmi

redaktor