14 C
Bakı
01 Aprel 2026 14:04
Dünya

Putin amansız müharibəni davam etdirir – Blinken

 

Konqres Ukraynaya yardımla bağlı hərəkətə keçməlidir.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbələri ilə bağlı “X” hesabında bildirib.

Ölkəsinin Rusiyanın Ukraynaya dəhşətli zərbələrini kəskin şəkildə pislədiyini vurğulayan dövlət katibi Ukraynaya yardımın davam etdirilməli olduğunu vurğulayıb:

“Putin amansız işğalçı müharibəsini davam etdirdiyi üçün biz Ukraynanın özünü müdafiə etməsinə dəstək verməliyik. Konqres yeni ildə hərəkətə keçməlidir”, – deyə Blinken qeyd edib.

Xatırladaq ki bu gün səhər saatlarında Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə raket və dron hücumları nəticəsində öldürlən ukraynalıların sayı 26-ya yüksəlib, 120-yə yaxın şəxs yaralanıb.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

Fransa nüvə reaktorlarını yenidən işə salır – Nazir açıqladı

admin

Putin: “Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”

redaktor

ABŞ dondurulmuş Rusiya aktivlərinin 15 milyardlıq gəlirini Ukraynaya verəcək

admin