17 C
Bakı
28 Sentyabr 2025 03:23
İdmanQalmaqalVideo

Hakimi döyən klub prezidenti üçün atəşfəşanlıq etdilər – Video

“Ankaragücü”nün azarkeşləri klubun Türkiyə Superliqasının 15-ci turunda “Rizesppor”la oyundan (1:1) sonra hakim Halil Umut Meleri yumruqla vuran sabiq prezidenti Faruk Koca ilə görüşüblər.

Onlar F.Kocanı atəşfəşanlıqla qarşılayıblar.

Qeyd edək ki, daha əvvəl Türkiyə Superliqasında mübarizə aparan “Ankaragücü”nün prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra F.Koca həbs olunmuşdu. Həmçinin o, dekabrın 15-də Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Ankaragücü” isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçirməsinə qərar verilib.

2 gün əvvəl Növbətçi Ankara Qərb Ağır Cəza Məhkəməsi F.Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib.

 

https://youtu.be/4E8zXsg9AOc?si=_PE1HaIhoh49D0L8

 

Tacxeber.com

Oxşar xəbərlər

“Santuş istefa verməsə, özümüz tədbir görəcəyik” – AFFA-nın baş katibi

admin

Fərid Mehralızadənin qandallanaraq zorla məhkəməyə aparıldığı deyilir.

admin

Ronaldonun Ər-Riyaddan ilk FOTOLARI

redaktor