Dünya

Fransanın Ermənistanı silahlandırması əks effekt verir – Hikmət Hacıyev

Fransanın Ermənistanı silahlandırması əks effekt verir - Hikmət Hacıyev 

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”.

Yenisabah.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.

“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, – H.Hacıyev vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə istidən 1180 nəfər öldü

redaktor

Tramp 27 yaşlı xanımı Ağ Evin mətbuat katibi təyin edəcək

redaktor

Papanın sözləri Rusiyanı özündən çıxardı: Zaxarova və Kadırovdan cavab

redaktor