12 C
Bakı
28 Mart 2026 10:46
Dünya

Bayden prezidentlik müddətinin 39 faizini məzuniyyətdə olub

Bayden prezidentlik müddətinin 39 faizini məzuniyyətdə olub

Respublikaçılar Partiyası Milli Komitəsinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden 418 gün (prezidentlik müddətinin 39 %-i) məzuniyyətdə olub.

“Report” xəbər verir ki, bu barədə “Sean Hannity” portalı məlumat yayıb.

Qeyd edilir ki, Yeni il ərəfəsində Ağ Ev rəhbəri ailəsi ilə Vircin adalarında istirahət edir.

Baydenin qondarma tətil günlərinə Delaverdəki iki evindən birində, Kemp Deviddə və ya demokrat milyarderlərin malikanəsində keçirdiyi 135 həftə sonunun 100-ü daxildir. İndi ABŞ Prezidenti ailəsinin bir neçə üzvü ilə təyyarəylə Vircin adalarına, Sant-Krusa uçub. Ağ Ev Bayden və birinci xanıma kimlərin qoşulacağını xəbər verməkdən imtina edib.

Ailə üzvləri bir həftə tropik cənnətdən həzz alacaq və yanvarın 2-də Vaşinqtona qayıdacaq. “New York Times” xəbər verir ki, baydenlər demokratik donorlara məxsus sahildəki “Two Palms Villa”ya köçüblər.

Dekabrın 23-də Ağ Ev ABŞ Prezidentinin Milad ərəfəsində Kemp Deviddəki iqamətgahına gedəcəyini açıqlayıb. Vaşinqtona qayıtdıqdan sonra Bayden və birinci xanım Yeni ili qeyd etmək üçün Vircin adalarına gedəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

İran Milli Təhlükəsizlik Şurasının katibi: Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur

redaktor

Teleaparıcı milçək uddu, canlı yayım davam etdi – VİDEO

redaktor

Amerika nəşri ABŞ-yə dəyən zərəri açıqlayıb – 2,9 milyard dollar

redaktor