CəmiyyətGündəm

Bakıda həkim olmayan şəxs xəstəni əməliyyat edib? (İDDİA/VİDEO)

 

Rəsmiyyə Həmzəyeva yeddi ay əvvəl, mayın 24-də tanışının məsləhəti ilə Kəbirə Məmmədova adına tibb mərkəzində Janna Quliyeva adlı şəxsə üz gərmə əməliyyatı etdirib.

Onun sözlərinə, prosedur ucuz başa gəldiyi üçün bu həkimi seçib. Əməliyyat üçün cəmi 900 manat ödəniş edib:

“Fəsadlar çox qısa müddətdə ortaya çıxdı. Hər dəfə soruşanda deyirdi ki, keçəcək. Hazırda üzüm bərbad haldadır. Sadəcə kurs keçib, həkim də deyilmiş. Təəssüf ki, bunları əməliyyatdan sonra bildim”.

Səhiyyə Nazirliyindən bildirilib ki, vətəndaş məhkəməyə və nazirliyə rəsmi müraciət etməlidir. Məsələ araşdırıldıqdan sonra müvafiq addım atılacaq.

Ətraflı Baku TV-nin süjetində:

 

Oxşar xəbərlər

İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı

redaktor

Laçın sərhəd-buraxılış məntəqəsində pasportlar və maşınlar belə yoxlanılır – İLK VİDEO

redaktor

Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?

redaktor