19 C
Bakı
12 Oktyabr 2026 00:04
DünyaİdmanQalmaqal

Ronaldo bu gün “Fənərbağça”, yoxsa “Qalatasaray”ı dəstəkləyəcək?

Türkiyə Superliqasının nəhəngləri “Fənərbağça və “Qalatasaray” arasında Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Superkubokunun final görüşü ərəfəsində məşhur futbolçu Kriştianu Ronaldo favoritini açıqlayıb.

 

Türkiyə mediası xəbər verir ki, mübarizəni stadiondan izləyəcəyini bildirən ulduz futbolçu favoritinin “Qalatasaray” olacağını, “Qalatasaray”ı dəstəkləyəcəyini bildirib.

 

““Al Awwal Park”a matçı izləməyə gedəcəyəm. Favoritim “Qalatasaray”dır, “Qalatasaray”ı dəstəkləyəcəyəm”, – məşhur futbolçu bildirib.

 

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Al-Awwal Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 

İki əzəli rəqibin matçının əsas hakimi isə Abdulkadir Bitigen olacaq. Ona Erdem Bayık və Mustafa Savranlar kömək edəcək. Dördüncü hakim funksiyasını isə Volkan Bayarslan yerinə yetirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin

“Ağılla Rusiya dərk edilməz…”

admin