Dünya

İsrailin zərbəsi nəticəsində 11 SEPAH zabiti həlak olub

 

İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti cümə gecəsi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Məlumata görə, İran hərbçiləri “Dəməşq hava limanında yüksək rütbəli nümayəndə heyətini qəbul ediblər”. Bildirilir ki, hücum nəticəsində SEPAH qüvvələrinin Suriyanın şərqindəki komandiri Nurat Rəşid yaralanıb.

Xatırladaq ki, dekabrın 25-də SEPAH generalı Razi Musəvi İsrailin hava hücumu nəticəsində öldürülüb. Onun Dəməşqin cənubundakı Seyyidə Zeynəb rayonunda yerləşən evinə üç raket atılıb. İranlı general Suriya hökumət ordusunun tərəfində vuruşan şiə qüvvələrinin fəaliyyətini koordinasiya edib.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Tələbələrimizin olduğu bina ilə bağlı ÜMİDVERİCİ XƏBƏR – Hadisə yerindən təcili açıqlama

redaktor

“Azyaşlılarla bağlı zorakılıq məlumatları yaymayın” – DİN müraciət etdi

redaktor

Müharibəyə dair gizli plan səhvən jurnalistə göndərildi – Rəsmilər ayağa qalxdı

redaktor