Dünya

İrəvanda Azərbaycan bayrağına qarşı təxribat törədən dizayner danışdı: Pulumu vermədilər

 

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı təxribat törədən erməni dizayner Aram Nikolyan İctimai Televiziyanın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrinə çıxışdan da məhrum edilib.

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Sputnik Ermənistan” müsahibəsində danışıb. Aram törətdiyi təxribata görə peşman olmadığını da bildirib:

“Bu, vətəndaş itaətsizliyi idi. Qəzəbimi belə ifadə etdim. İstənilən erməni bunu etməli idi. Bu, piar deyil, mövqeyimi göstərmək şansım oldu, etdim və peşman deyiləm”.

O, qeyd edib ki, hadisədən sonra işlə bağlı heç bir ciddi problemi olmayıb: ona dizayner kimi tələbat var, sadəcə olaraq dövlət layihələrini özəl layihələri əvəz edib.

Hadisə onun əsərlərinin satışına təsir etməyib, lakin dizayner etiraf edir ki, dövlət aparatının müəyyən təzyiqləri olub və sosial şəbəkələrdəki səhifələri dəfələrlə “nifrət hücumlarına” məruz qalıb.

Nikolyan həmçinin bildirib ki, ona Avropa çempionatının təşkili ilə bağlı gördüyü işə görə pul ödənilməyib. O, bunu “dövlət reketi” kimi xarakterizə edib: “Layihədə iştirak edən bütün digər insanlar öz haqlarını aldılar”.

Tacxeber.com

Oxşar xəbərlər

Marneulidə azərbaycanlı müəllim şagirdləri diz çökdürərək cəzalandırdı: İşdən çıxarıldı – FOTO

admin

Ağdərənin Qozlukörpü ərazisindən görüntülər – VİDEO

redaktor

Donanma məhv edilib, Putinin ümidlərini doğrultmadı

redaktor