Dünya

Ərdoğanın Netanyahunu Hitlerə bənzətməsi İsraili qəzəbləndirdi: “Səfir Türkiyəyə qayıtmayacaq”

Ərdoğanın Netanyahunu Hitlerə bənzətməsi İsraili qəzəbləndirdi: “Səfir Türkiyəyə qayıtmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən qatıldığı tədbirdə Benyamin Netanyahunu Adolf Hitlerə bənzətməsi İsraili qəzəbləndirib.

Tacxeber.com-ın xarici mediaya istinadən məlumatına görə, “Haaretz” qəzetində dərc olunan xəbərdə İsrailin xarici işlər naziri Eli Koen “Ərdoğan Türkiyənin prezidenti olduğu müddətdə səfirlərimiz Türkiyəyə qayıtmayacaq” deyib.

Qeyd edək ki, prezident Ərdoğan dünən qatıldığı tədbirdə “Sizin Hitlerdən nə fərqiniz? Bunlar bizə Hitleri axtarmağa vadar edir. Netanyahunun hərəkətlərinin Hitlerdən geri qalan bir tərəfi yoxdur” ifadələrini işlədib. Ərdoğanın sözlərinə sosial mediada cavab verən İsrailin baş naziri Binyamin Netanyahu isə “Ərdoğan bizə əxlaq dərsi verə biləcək sonuncu şəxsdir” deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Çində gələn il üçün faciəli COVID-19 proqnozu verildi

admin

Kadırovun 15 yaşlı oğlu daha bir dövlət mükafatı aldı.

admin

İsrailə hücum Xameneinin göstərişi ilə olub, 500 raket atılıb

redaktor