31 C
Bakı
13 Avqust 2025 17:59
Mədəniyyət

“Doğmalarım ögey olub, məni heç kim bəyənməyib” – Afaq Bəşirqızı

 

Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu “O” verilişində çox maraqlı açıqlamalar verib.

Lent.az-ın xəbərinə görə, aktrisa uşaq vaxtı yaşadığı acıların sonradan onda ağır xəstəliklərə çevrildiyini bildirib.

“Anadan olan günün səhərisi anamı, 12 yaşımda atamı itirmişəm. Doğmalarımın hamısı ögeylik edib, mənimlə münasibət qurmayıblar. Məni heç kim bəyənməyib. Müəyyən yaşa və zamana qədər üzərimdə “yetim”, “kasıb”, “nəzarətsiz”, “valideynsiz”, “doğmalarsız” adı olub”, – deyən aktrisa əlavə edib ki, həyat ona çox çətinlik yaşadıb.

“Artroz xəstəliyinin çox ağır formasına tutuldum. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi nəticəsində bədən üzvlərinin yarısının olmaması. Bunların hamısı həyatın verdiyi suallara orqanizmimin verdiyi cavab oldu. Məcburiyyətdən, qorxudan başladım həyata yaltaqlanmağa. Çünki mənim hər mənada diqqətimlə dolananlar var”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zeynəb Xanlarova tiktokerə jeton göndərib?

redaktor

Gülüstan Əliyeva məsxərəyə qoydu: “İfaçı”ları müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

redaktor

“Qayınana” filminin Cənnəti realda gəlininə necə davranırdı? – Nəsibə Zeynalovanın nəvəsi danışdı

redaktor