26 C
Bakı
13 Avqust 2025 01:10
Sağlamlıq

Covid-19 ürək problemlərinə yol açır – Qorxunc xəbərdarlıq

Covid-19 ürək problemlərinə yol açır - Qorxunc xəbərdarlıq

Səhiyyə mütəxəssisləri dünyada koronavirusun yaratdığı ürək xəstəliklərinin geniş vüsət alması ilə bağlı xəbərdarlıq ediblər.

Tacxeber.com azxeber.com-a istinadən xəbər verir ki, Yaponiyanın Riken Araşdırma İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan yeni hesabat ölümcül virusun qlobal miqyasda ürək çatışmazlığı epidemiyasına səbəb ola biləcəyi şübhəsinə diqqət çəkir.

Dərc edilən hesabatda Covid-19-un insan hüceyrələrində bağlandığı ACE2 reseptorlarının ürəkdə çox yayılmış olduğu və xəstəliyi olanların əksəriyyətinin ürək funksiyasının azalmasından əziyyət çəkdiyi iddia edilir.

Bunun dəqiq səbəbi bilinməsə də, gələcəkdə bir sıra infarktlara səbəb ola bilər. Hesabatda Covid-19 pandemiyasının gələcək ürək çatışmazlığı riski olan insanlar üçün vəziyyəti kəskin şəkildə dəyişdirə biləcəyi iddia edilir.

Bu yaxınlarda JN.1 adlı yeni variant sayəsində bir çox ölkədə son bir neçə həftə ərzində Covid-19 infeksiyalarında artım müşahidə olunub. Mütəxəssislər bunun xəstəliyə yoluxanlarda potensial ürək problemləri ehtimalını artıra biləcəyini iddia edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Oturaq həyat tərzi altsheymer xəstəliyinin riskini artırır

redaktor

2024-də COVID-19 TƏHLÜKƏSİ: Bəşəriyyət hazır olmalıdır

redaktor

Bakıda qadının yumurtalığından çıxan nəhəng kist şoka saldı

admin