CəmiyyətGündəm

Dövlət xidmətindən “Facebook” hesabları ilə bağlı XƏBƏRDARLIQ

Dövlət xidmətindən “Facebook” hesabları ilə bağlı XƏBƏRDARLIQ

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Tacxeber.comxəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar.

Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.

Tacxeber.com

Oxşar xəbərlər

Dırnağı niyə yeyirlər? – Bu vərdişdən necə qurtulmaq olar?

redaktor

Məhəllələr ləğv olunsun, polis postları qurulsun – Samir Mirzə

admin

Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir – Səbəb nədir?

redaktor