Beləki 30.11.2023-cü il tarixində Baku Medical Plaza-da bir sıra analizlər vermişəm. Analiz verdiyim günü cavabları mail adresimə göndərməkləri üçün öz mail adresimi yazılı qoydum və cavabların nə vaxt çıxacaqını soruşanda “3-4gün ərzində çıxacaq”ını bildirdilər. Dekabr ayının 5-dən etibarən özüm hərgün xəstəxana ilə əlaqə saxlayaraq cavablarla maraqlanırdım. Dekabr ayın 8-i saat 17:10da yenidən əlaqə saxladım və qeydiyyatdakı xanım cavabların çıxdığını söylədi, nəzaman çıxdığını soruşdum, əvvəlcə bildirdiki “bunu biz görmürük”, təkrar bir neçə dəfə soruşandan sonra isə “cavablarınız dünən saat4-də çıxıb” dedi. Soruşdum ki,bəs nəyə görə mənə məlumat verilməyib və ya heçbir mail göndərilməyib, əməkdaş əvvəlcə bildirirki “bunu siz özünüz yığıb soruşmalısız”, sual verirəmki “bəs mail adresini nəyə görə qoymuşam? Bundan əlavə müştərisini məlumatlandırmaq xəstəxananın öz vəzifə borcu olduğunu bildirdim, az qala analiz cavablarının çıxmasından 2 gün keçib və hələdə siz xəstəni məlumatlandırmamısınız. Daha sonra əməkdaş bildirirki işimiz çoxdur, müştəri çoxdur, bildirdim əgər xidmət göstərə bilməyəcəksizsə müəyyən say müştəri qəbul edin.
Növbəti yazı