29 C
Bakı
11 Avqust 2025 17:17
DünyaQalmaqal

Abramoviç Türkiyədə ofisiantlara 175 min lirə (10 min manat) “çaypulu” verib.

Putinin qara kassası sayilansiyalı iş adamı Roman Abramoviç restoran ofisiantlarını öz səxavəti ilə təəccübləndirib.

 Londonun “Çelsi” klubunun keçmiş sahibi dostları ilə Türkiyənin İstanbul şəhərinin Anadolu Hisarı səmtində yerləşən restorana gəlib. İş adamı və onun dostları qanad və kabablar sifariş veriblər. Onlar axşam boyunca yemək yeyib və uzun müddət söhbət ediblər.

Yeməyin sonunda Abramoviç 85 min türk lirəsi (4938 manat) məbləğində hesabı ödəyib və mühafizənin müşayiəti ilə müəssisəni tərk edib. Nəşrin mənbəsinin bildirdiyinə görə, milyarder işçilərin xidmətindən razı qalıb və ofisiantlar üçün 175 min türk lirəsi (10 min manatdan çox) məbləğində qəbz qoyub.

Məlumdur ki, Roman Abramoviç və daha 6 rusiyalı sahibkar hazırda Londonun sanksiyaları altındadır. İş adamları üçün ölkə hakimiyyəti həmçinin dəniz və hava nəqliyyat vasitələrinin (yaxtalar, şəxsi təyyarələr və s.) mülkiyyətinə, qeydiyyatına, hərəkətinə və istifadəsinə məhdudiyyətlər qoyub. Həmçinin İngiltərə Premyer Liqasının rəhbərliyi Abramoviçi “Çelsi” futbol klubunu idarə etməkdən uzaqlaşdırıb. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər

“Trampın bu davranışı məni heyran etdi” – Putin

redaktor

Bill Qeyts epidemiya yayan agcaqanadlar yetişdirir?

redaktor

İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi ƏMR ETDİ

redaktor